AZ

“Ənsar Allah” hərbi əməliyyatlara qoşula bilər

“Ənsar Allah” qruplaşması hadisələrin gedişindən asılı olaraq Yaxın Şərqdəki müharibəyə qoşulmağa hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu husilərin lideri Əbdülməlik əl-Husi bəyan edib.

“Hərbi cavab vermək zərurəti yarandıqda münaqişənin əvvəlki mərhələlərində etdiyimiz kimi, yubanmadan müdaxilə edəcəyik”, – deyə o bildirib.

İran daha əvvəl qlobal ticarətin əsas mərkəzi olan Babül-Məndəb boğazını bağlamaqla hədələmişdi. Eyni zamanda, ABŞ Nəqliyyat Nazirliyi husilərin boğazda hücumları bərpa edə biləcəyi barədə xəbərdarlıq etmişdi./report/

Seçilən
16
6
nocomment.az

7Mənbələr