AZ

Qubada heyvanlar yemdən zəhərləniblər?VİDEO

Qubada təsərrüfat sahibi aldığı yemə görə heyvanlarının zəhərləndiyini iddia edir.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Barlı kəndində qeydə alınıb.

Kind sakını İlqar Hüseynovun sözlərinə görə, Xaçmazdan aldığı "Makaron Südlik 16" adlı yemi heyvanlara verdikdən sonra onlarda zəhərlənmə əlamətləri yaranıb. Nəticədə 3 baş iribuynuzlu mal-qaradan biri tələf olub

İlqar Hüseynov deyır ki baytar da heyvanların zəhərləndiyini təsdiqləyib.

Yemi satan mağaza nümayəndəsi Azər Adilov isə iddialarla razılaşmır. O  bildirib ki, həmin məhsul bölgədə bir çox təsərrüfatlara satılıb və indiyədək belə şikayət qeydə alınmayıb. 

Məsələ ilə bağlı Aqrar Xidmətlər Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, "verilən yem analizə göndəriləcək, həmçinin tələf olan heyvanın orqanlarından nümunələr götürüləcək. Aparılacaq analizlər nəticəsində ölüm səbəbi müəyyən ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
31
xezerxeber.az

1Mənbələr