AZ

Türkiyə gəminin vurulmasına münasibət bildirdi

“ALTURA” adlı tankerin Qara dənizdə hücuma məruz qalmasını böyük narahatlıqla qarşılayırıq”

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli “X” sosial media hesabında paylaşım edib.

Nazirliyin hücumla bağlı bəyanatında müharibənin Qara dəniz hövzəsinə yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə danışıqlar aparıldığı bildirilib.

“Hücumla bağlı aidiyyəti qurumlarımız tərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr həyata keçirilir. Gəmidə olan 27 nəfər türk heyət üzvünün səhhəti yaxşıdır. Qara dənizdəki Müstəsna İqtisadi Zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu kimi hücumlar bölgədə insan həyatı, əmlak, gəmiçilik və ətraf mühitin təhlükəsizliyi baxımından ciddi risklər yaradır” – nazirliyin bəyanatında deyilir.

Seçilən
16
4
nocomment.az

5Mənbələr