AZ

Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazəVERİLDİ

Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, İran, Misir, Türkiyə və regionun digər ölkələrinin liderləri ilə danışıqlar aparıb və artıq Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verilib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Straits Times" məlumat yayıb.

"Hazırda Malayziya neft tankerlərinin keçidini təmin etməklə məşğuluq ki, yüklərin daşınmasında iştirak edən heyətlər evlərinə qayıda bilsinlər", - deyə qəzet İbrahimin televiziya müraciətindən sitat gətirib.

Baş nazir həmçinin İran Prezidenti Məsud Pezeşkiana tankerlərin buraxılmasına icazə verdiyinə görə təşəkkür edib. O bildirib ki, digər liderlərlə aparılan danışıqlar Yaxın Şərqdəki münaqişənin həlli yollarının tapılmasına yönəlib.

"Lakin bu, asan deyil, çünki İran hesab edir ki, dəfələrlə aldadılıb. Ölkəsi üçün aydın və icrası məcburi təhlükəsizlik zəmanətləri olmadan sülh istiqamətində addımlar atmaq onun üçün çətindir", - deyə baş nazir vurğulayıb.

İbrahim qeyd edib ki, Hörmüz boğazının blokadası Malayziyaya da təsir edir və hakimiyyət orqanları neft və qaz tədarükündə yaranan fasilələrin nəticələrini azaltmaq üçün tədbirlər görür.

Seçilən
31
redaktor.az

1Mənbələr