Piyada yolu hər an sürüşə bilər...
Xezerxeber.az-ın xəbərinə görə, Yasamal rayonunda yaşayan bir qrup sakin iddia edir ki, ərazidə aparılan tikinti işləri təhlükəli vəziyyət yaradıb. Piyadalar üçün ayrılan yolda çatlar əmələ gəlib.
Sakinlərin sözlərinə görə, ərazidən keçərkən qorxaraq hərəkət etdiklərini bildirdilər.
Çəkiliş qrupu ilə tikinti aparılan əraziyə yaxınlaşdıq. Şifahi şəkildə bildirdilər ki, ərazidə təhlükəsizliklə bağlı müvafiq tədbirlər görülüb. Yaxın günlərdə qazılan ərazinin kənarlarında betonlanma işləri aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.