Martın son günlərində Avropanın və dünyanın bir sıra ölkələrinin futbolsevərlərinin diqqəti həlledici rəsmi oyunlara yönələcək. 6 gün ərzində DÇ-2026-nın seçmə turnirinin pley-off mərhələlərinin qalibləri müəyyənləşəcək.
Dünya çempionatı 11 iyun - 19 iyul aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Final turnirində tarixdə ilk dəfə 48 komanda yarışacaq. Avropa qitəsindəki pley-off oyunlarında iştirak edəcək yığmalar qrup mərhələsində 2-ci yeri tutan 12 komanda (Slovakiya, Kosovo, Danimarka, Ukrayna, Türkiyə, İrlandiya, Polşa, Bosniya və Hersoqovina, İtaliya, Uels, Albaniya, Çexiya), həmçinin Millətlər Liqasının 4 liqa qalibi (Şimali İrlandiya, İsveç, Rumıniya, Şimali Makedoniya) və seçmə mərhələdə öz qruplarını 2-ci yerdən aşağıda başa vuranlardı.
Reqlamentə əsasən, 16 komanda 4 pley-off yolu üzrə mübarizə aparacaq. Hər pley-off yolu iki yarımfinal cütündən ibarətdi. “Səpələnmişlər” səbətinə daxil olan komandalar yarımfinal oyunlarını öz meydanlarında keçirəcəklər. Bu mərhələnin qalibləri finala vəsiqə qazanacaqlar. Yarımfinallar martın 26-da, final oyunları isə martın 31-də keçiriləcək.
Martın son günlərində DÇ-2026-nın qitələrarası pley-off mərhələsinin də oyunları keçiriləcək. Püşkə əsasən yarımfinal və final matçları ilə mundiala 2 vəsiqənin sahibi müəyyənləşəcək. Yarımfinallar martın 26-da, final oyunları isə martın 31-də keçiriləcək. Oyunlar Meksikanın Qvadalaxara və Monterrey şəhərlərindəki stadionlarda təşkil ediləcək.
Avropa
A yolu
26 mart (yarımfinal): İtaliya - Şimali İrlandiya, Uels – Bosniya və Hersoqovina.
31 mart (final): Uels/Bosniya və Hersoqovina cütünün qalibi – İtaliya/Şimali İrlandiya cütünün qalibi.
B yolu
26 mart (yarımfinal): Ukrayna – İsveç, Polşa – Albaniya.
31 mart (final): Ukrayna/İsveç cütünün qalibi – Polşa/Albaniya cütünün qalibi.
C yolu
26 mart (yarımfinal): Türkiyə - Rumıniya, Slovakiya – Kosovo.
31 mart (final): Slovakiya/Kosovo cütünün qalibi - Türkiyə/Rumıniya cütünün qalibi.
D yolu
26 mart (yarımfinal): Danimarka - Şimali Makedoniya, Çexiya – İrlandiya.
31 mart (final): Çexiya/İrlandiya cütünün qalibi – Danimarka/Şimali Makedoniya cütünün qalibi.
Qitələrarası pley-off
1-ci cüt
26 mart (yarımfinal): Yeni Kaledoniya (Okeaniya) – Yamayka (Şimali və Mərkəzi Amerika).
31 mart (final): Konqo DR (Afrika) - yarımfinalın qalibi.
2-ci cüt
26 mart (yarımfinal): Boliviya (Cənubi Amerika) – Surinam (Şimali və Mərkəzi Amerika).
31 mart (final): İraq (Asiya) - yarımfinalın qalibi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta