Son dövrlər insanlar arasında tez-tez təkrarlanan qrip halları narahatlıq doğurur. Əvvəllər mövsümi xarakter daşıyan və nisbətən yüngül keçən xəstəlik indi daha uzunmüddətli və təkrarlanan formada müşahidə olunur.
Bəs təkrarlanan qrip viruslarından sağala bilməməyimizin səbəbi nədir?
Mütəxəssislər bunu bir neçə amillə izah edirlər.
Terapevtin sözlərinə görə, bir çox hallarda insanlar xəstəliyi tam müalicə etmədən gündəlik həyata qayıdır, bu isə virusun orqanizmdə qalmasına və yenidən aktivləşməsinə şərait yaradır. Nəticədə isə eyni şəxs qısa zaman ərzində bir neçə dəfə qripə yoluxmuş kimi görünür. Xüsusilə xəstəliyin müalicəsi üçün istifadə edilən antibiotik tərkibli dərmanlar immun sisteminin zəifləməsinə də səbəb olur.
Mütəxəssislər vətəndaşlara immun sistemini gücləndirməyi, xəstələndikdə tam sağalana qədər müalicəni yarımçıq qoymamağı və profilaktik tədbirlərə ciddi əməl etməyi tövsiyə edirlər.
Onların fikrincə, düzgün yanaşma ilə bu cür təkrarlanan xəstəliklərin qarşısını almaq mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.