AZ

Hər iki valideynini itirən uşaqlarla bağlı pensiya məsələsi yenidən gündəmdəVİDEO

Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər sırasında 18 yaşına çatmayan uşaqlar, əyani təhsil alan halda 23 yaşına qədər olanlar, eləcə də 18 yaşına qədər əlilliyi müəyyən olunmuş şəxslər yer alır. Pensiyanın məbləği isə vəfat edən valideynlərin sosial sığorta stajı və fərdi hesablarında toplanan pensiya kapitalı əsasında hesablanır.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, Vətəndaşlarin Əmək Hüquqlarini Müdafiə Liqasinin İcraiyyə Komitəsinin Sədri Sahib Məmmədov deyir ki, mövcud qaydalara əsasən, əgər vəfat edən valideynlərin rəsmi iş stajı və sosial sığorta ödənişləri yoxdursa, bu halda əmək pensiyası deyil, sosial müavinət təyin olunur.

Burada söhbət təkcə pensiyadan getmir. Valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı ayrıca qanunvericilik bazası da var. Həmin şəxslər təhsil haqqından azad olunur, təhsil dövründə müxtəlif ödəniş və müavinətlərlə təmin edilir, həmçinin əmək və əmlak məsələlərində bir sıra güzəştlərdən yararlana bilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
19
2
xezerxeber.az

3Mənbələr