AZ

“Federasiyanın maliyyə gücü buna imkan vermir” – “Lənkəran”ı tarixə qovuşduran səbəb

Mövsümün əvvəlindən bəri futzal üzrə yüksək liqada mübarizə aparan “Lənkəran”ın fəaliyyətini dayandırdığından xəbərdarsız.

Belə ki, komanda maliyyə çatışmazlığı üzündən bu addımı atmağa məcbur qalıb. Cənub təmsilçisinin məşqçisi Rövşən Novruzlunun saytımıza dediklərinə görə, əvvəllər həm sponsor, həm də Futzal Federasiyası tərəfindən kollektivə vəsait ödənilirmiş. Gəlirin sonradan dayanması “Lənkəran”ın 13 və 15-ci turlarda meydana çıxa bilməməsiylə nəticələnib.

Maraqlıdı, bəs, federasiya maliyyə yardımını niyə dayandırıb?

Bu sualla qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Federasiya hansısa kluba maliyyə ayırmır. Sadəcə, büdcə imkan verdiyi qədər dəstək olur. Və bu davamlı yox, müvəqqəti olur. Komandalara dəstək üçün ayrılan vəsait bitəndən sonra dayanır. Klubların öz sponsorları olmalıdı. Əlbəttə, könül istərdi ki, futboldakı kimi futzalda da klublara davamlı maliyyə ayrılsın. Lakin federasiyanın maliyyə gücü buna imkan vermir”.

KƏNAN BAHADIR
Seçilən
76
1
football-plus.az

2Mənbələr