Atəşkəs rejiminin başa çatmasının ardınca Pakistan ordusu Əfqanıstan ərazisində hərbi əməliyyatlara yenidən başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi TASS-a açıqlama verib.
Qeyd edək ki, bir müddət əvvəl Pakistan Əfqanıstandakı əməliyyatları müvəqqəti dayandırmışdı.
Rəsmi İslamabadın qərarına əsasən, döyüş əməliyyatlarının dayandırılması müqəddəs Ramazan bayramı (Uraza-bayram) şənlikləri dövrünü əhatə edəcək.
Rəsmi bəyanatda bildirilir ki, hərbi əməliyyatların müvəqqəti dayandırılması qərarı Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin vasitəçiliyi ilə daxil olan diplomatik müraciətlərdən sonra qəbul edilib.