Ankara, 26 mart, AZƏRTAC
Türkiyə hakimiyyəti “SpaceX” və “Amazon” şirkətlərinə aşağı orbitli peyklərə çıxış parametrləri barədə məlumat verildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Vaşinqtonda “Satellite 2026” beynəlxalq peyk rabitəsi sərgisi və konfransında iştirak edən Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan respublikada aşağı orbitli peyk sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Amerika şirkətlərinin nümayəndələrini məlumatlandırıb.
“Biz “SpaceX” və “Amazon” şirkətlərini onların sistemlərinin Türkiyədə cavab verməli olduğu qaydalar, təhlükəsizlik sahəsində tələblərimiz və digər mühüm məsələlər barədə məlumatlandırdıq”, – deyə nazir müavini bildirib.
Türkiyənin milli peyk layihələrindən danışan Sayan artıq Yer orbitində fəaliyyət göstərən TÜRKSAT 5A, TÜRKSAT 5B və TÜRKSAT 6A peyklərini xatırladıb, həmçinin yeni proqramlar üzərində işlərin aparıldığını qeyd edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara