AZ

Fərid Qayıbov UNESCO-da COP10 Bürosunun ilk rəsmi iclasına sədrlik edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının gənclər və idman naziri FəridQayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmandaDopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin OnuncuKonfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.

Bu barədə Trend-əGənclər Və İdman Nazirliyindən məlumat verilib.

İclasda UNESCO-nun Baş direktorunun müavini (ADG) Lidiya Brito,müxtəlif coğrafi regionları təmsil edən üzvlər, UNESCO yanındaakkreditə olunmuş daimi nümayəndəliklər, beynəlxalq təşkilatlarınnümayəndələri və antidopinq sahəsində fəaliyyət göstərən ekspertləriştirak ediblər. Həmçinin ilk dəfə olaraq müşahidəçi dövlətlər dəiclasa qatılıblar.

Gündəlikdə COP10-da qəbul edilən qərarların icrası, Büronunnövbəti iki il (2026–2027-ci illər) üzrə fəaliyyət planı, qlobalyazılı məsləhətləşmələrin nəticələri və digər mühüm məsələlərmüzakirə olunub.

Büronun ilk rəsmi iclasından əvvəl gənclər və idman naziri FəridQayıbov “İdmanda dopinqin kökünün kəsilməsi fondunun” TəsdiqKomitəsinin ikinci rəsmi iclasında Büronu təmsil edib.

Qeyd edək ki, Fərid Qayıbov həmçinin Büroda təmsil etdiyi IIQrupun (Mərkəzi və Şərqi Avropa) nümayəndələri ilə görüş keçirib.Görüş zamanı COP10 Bürosunun fəaliyyəti və iclasda təqdim olunacaqtəkliflər barədə məlumat verilib, bu istiqamətlər üzrə fikirmübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nazirin RusiyaFederasiyasının idman naziri Mixail Deqtyarev ilə ikitərəfli görüşübaş tutub.

Fərid
Fərid
Fərid
Fərid
Fərid
Fərid
Fərid
Seçilən
38
17
az.trend.az

10Mənbələr