ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
İsrail İranla davam edən gərginlik fonunda Gürcüstanı potensial təhlükəli istiqamətlər siyahısına daxil edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Milli Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilb. Qeyd olunub ki, bölgədə artan risklər nəzərə alınaraq vətəndaşlara səfərlər zamanı daha ehtiyatlı olmaları tövsiyə olunur.
Qurum İsrail vətəndaşlarını mümkün təhlükələrə qarşı sayıq davranmağa, kütləvi yerlərdən uzaq durmağa və yalnız təhlükəsiz hesab edilən səyahət marşrutlarından istifadə etməyə çağırıb.
Açıqlamada həmçinin qeyd olunub ki, təhlükəsizlik vəziyyəti daim izlənilir və zərurət yarandığı halda əlavə xəbərdarlıqlar edilə bilər.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.