AZ

Tramp böyük müqaviləyə hazırlaşır, bir ölkə hər şeyi itirə bilər KİV

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın Tayvana münasibətdə işgüzar və praqmatik yanaşması Çin Xalq Respublikasının sədri Si Cinpin üçün nadir imkan pəncərəsi açır. Rəsmi Pekin hesab edir ki, Tramp iki ölkə arasındakı ən həssas məsələlərdən biri üzrə Vaşinqtonun ənənəvi siyasətini yenidən nəzərdən keçirməyə hazırdır.

Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, İranla müharibə səbəbindən Trampın xahişi ilə mayın ortalarına təxirə salınan liderlər sammiti danışıqlar üçün əsas platforma olacaq. Hər iki tərəf artıq öz tələblərini formalaşdırır.

Gözlənilir ki, Tramp Çindən ABŞ istehsalı olan soya, neft, qaz və Boeing təyyarələrinin alışını artırmağı tələb edəcək. Bunun qarşılığında isə Si Cinpin ABŞ-ın Tayvan siyasətində dəyişikliklərin təşviqinə çalışacaq.

Pekindəki mənbələr bildirirlər ki, Si Cinpin Trampın mövqeyini ehtiyatlı hesab edir. Onların fikrincə, o, Tayvana hərbi yardım göstərməyə tələsmir. Xüsusilə də ABŞ-ın resurslarının hazırda Yaxın Şərqdə cəmləşdiyi bir vaxtda.

Bundan əvvəl Tramp qeyri-ənənəvi yanaşma nümayiş etdirmişdi. 2017-ci ildə o, Tayvanın o zamankı lideri ilə danışıqlarda şəxsən iştirak etməyi təklif edərək Çin rəhbərliyini təəccübləndirmişdi. Hazırda isə onun ritorikası daha sərtləşib. O, açıq şəkildə Tayvanı ABŞ-ın yarımkeçirici sənayesini “oğurlamaqda” ittiham edir və bildirir ki, ada öz müdafiəsi üçün ABŞ-a ödəniş etməlidir. Bu yaxınlarda Ağ Ev həmçinin Tayvana 13 milyard dollar dəyərində silah satışı üzrə böyük razılaşmanı dayandırıb.

Diplomatik qarşıdurmanın mərkəzində ifadələr uğrunda mübarizə dayanır. Si Cinpin Trampdan ABŞ-ın Tayvanın müstəqilliyinə “qarşı” olduğunu bəyan etməsini əldə etməyə çalışır. Hazırda Vaşinqton yalnız bunu “dəstəkləmədiyini” bildirir. Çin eyni zamanda “sülh yolu ilə yenidən birləşmə” terminini irəli sürür. Əvvəllər Bayden administrasiyası bu ifadəni rədd etmişdi.

Tayvan üçün belə dəyişikliklər narahatedici görünür. Ada hər gün Çin tərəfindən hava məkanında hərbi aktivliyi qeydə alır. ABŞ-ın 2026-cı il müdafiə strategiyasına Tayvanın daxil edilməməsindən sonra bu narahatlıqlar daha da artıb. Regiondakı müttəfiqlər də təşvişlərini ifadə edirlər. Yaponiyada vurğulanır ki, Tayvana mümkün hücum onlar üçün də təhlükə yarada bilər.

Hazırda Asiyada hadisələrin inkişafı diqqətlə izlənilir. Əsas sual isə budur: ABŞ-ın əvvəlki müttəfiqlik öhdəlikləri qorunub saxlanacaq, yoxsa onları Donald Trampın növbəti böyük razılaşması müəyyən edəcək?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
lent.az

2Mənbələr