AZ

''Qalatasaray''ın oyunundan öncə zədələnən hakim nələr dedi?

''Liverpul'' - ''Qalatasaray'' matçına təyinat alan, amma zədələnən Şimon Marçinyak başına gələnlərlə bağlı açıqlamalar verib.

Xatırladaq ki, həmin matçda isinmə hərəkətləri zamanı zədə alan Marçinyak 4-cü hakim kimi fəaliyyət göstərməli oldu. Onun yerini isə Pavel Raçkovcki tutdu.

"Football-plus.az" xəbər verir ki, DÇ-2022-nin finalını idarə edən və dünyanın ən güclü hakimlərindən biri sayılan polşalı bunları deyib:

''Bu zədə üzündən aylarla hakimlikdən kənar qalacağım haqda deyilənlər tamamilə əsassızdı. Reallıq budu ki, onurğa sütunumdan zədə aldım. ''Liverpul'' - ''Qalatasaray'' oyununu idarə edə bilməməyimin yeganə səbəbi məhz budu. Artıq yüngül məşqlərə və qaçışlara başlamışam. 29 mart - 3 aprel tarixlərində dünya çempionatının hakimləri üçün FİFA tərəfindən təşkil olunacaq toplanışa qatılacam. Hədəfim 3-cü dəfə dünya çempionatında yer almaqdı''.
Seçilən
56
1
football-plus.az

2Mənbələr