AZ

Rubiodan İrana qarşı ittiham: Biz yalnız hərbi hədəfləri vururuq...

ABŞ rəsmisi Vaşinqtonun əməliyyatlarının mülki obyektləri deyil, hərbi infrastrukturu hədəf aldığını bildirib...

Poliqon xəbər verir ki, hökümətin iclasında ABŞ-nin dövlət katibi Marko Rubio İranı mülki obyektlərə hücumlarda ittiham edərək Vaşinqtonun hərbi əməliyyatlarının fərqli xarakter daşıdığını bəyan edib. O bildirib ki, ABŞ İranın etdiyi kimi səfirlikləri və hotelləri bombalamır.

Rubionun sözlərinə görə, ABŞ yalnız konkret hərbi hədəfləri vurur və əməliyyatlar zamanı mülki infrastruktura zərər verməməyə çalışır. Bu açıqlama ABŞ və İran arasında artan gərginlik fonunda səsləndirilib və tərəflər arasında informasiya müharibəsinin davam etdiyini göstərir.

Hazırda İran tərəfindən Rubionun bu açıqlamasına rəsmi reaksiya verilməyib. Bununla belə, regionda vəziyyət gərgin olaraq qalır və tərəflər arasında ritorikanın daha da sərtləşəcəyi istisna edilmir.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr