Bakının Nəsimi rayonunda növbəti qanunsuz tikinti qeydə alınıb...
Poliqon bizimesr.az portalına istinadən xəbər verir ki, rayonun 3-cü mikrorayon dairəsi ətrafında, Seyid Cəfər Pişəvari küçəsi ünvanında piyada səkisinin zəbt olunub və ərazidə qazıntı işlərinin aparılır. Mövcud obyektə əlavə zirzəmi qatının yaradılması məqsədilə səkidə qazıntı işləri görülür.
Məlumata görə, sözügedən tikinti işləri rəsmi icazələr olmadan həyata keçirilir. Həmçinin qeyd olunur ki, bəzi sahibkarların yerli icra strukturlarının səlahiyyətli şəxsləri ilə razılaşma əldə edərək qanunsuz tikinti apardıqları ehtimal olunur.
Ərazidə olan əməkdaşlarımızın əldə etdiyi məlumata görə, tikinti işlərinin aparılması üçün rəsmi icazə yoxdur. Amma özünü iş icraçısı kimi təqdim edən şəxs bildirib ki, lazım olan adamlara bvu barədə danışıqlar aparılıb. Maraqlıdır, rəsmi icazə yoxdur, amma danışıqlar aparılıb. Nədir bu danışıqlar və kimlərlə aparılıb?
Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Nəsimi rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqovdur.
Poliqon.info