AZ

Ukrayna 9 yaşayış məntəqəsini azad edib

Ukrayna Hava-Desant Qüvvələrinin 7-ci Çevik Reaksiya Korpusunun yaydığı məlumata görə, əks-hücum əməliyyatı davam edir.

Martın 25-də Ukrayna qoşunları doqquz yaşayış məntəqəsini (Dnepropetrovsk vilayətində yeddi və Zaporojye vilayətində iki) Rusiya qüvvələrindən tamamilə təmizləyib.

Ukrayna qoşunları təxminən 440 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa edib. Yanvarın sonundan bəri Rusiya qoşunları 3676 itki verib, 11 nəfər isə əsir götürülüb.
Seçilən
20
7
azvision.az

9Mənbələr