AZ

Qurban Qurbanov qəfildən Türkiyəyə getdi, orada belə görüntüləndi - FOTOLAR

Qurban Qurbanov Türkiyədə görüntülənib.

Azərbaycanın bir nömrəli futbol məşqçisi milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilədən maksimum yararlanmağa çalışıb.

O, “Qarabağ” üçün nəzərdə tutduğu 4 günlük istirahət müddətindən istifadə edərək İstanbula yola düşüb.

Bu barədə Fariz Hacıyev adlı tur bələdçisi özünün “instagram” hesabında Qurban Qurbanovla fotolarını paylaşaraq bu sözləri yazıb:

“Ötən ay Qubada gördüm, şəkil çəkdirdik.

Bu gün isə təsadüfən İstanbulda yaxaladım. Konkret ... olmuşam Qurban müəllimə.

Ortaköyə təzəcə gəlmişdik ki, turistim Səbuhi bəy sağ olsun, ilk o, gördü və dedi, dostunu tapmışam”.

Maraq üçün bildirək ki, “Qarabağ” 4 günlük fasilənin ardından martın 25-də məşqlərini bərpa edib.

“Köhlən atlar” fasilədən sonra növbəti görüşünü aprelin 3-də “Sabah”a qarşı keçirəcək.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçları çərçivəsində baş tutacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
17
sportinfo.az

1Mənbələr