AZ

4 yaşlı uşağı maşın vurdu Qonşusu gəzintiyə çıxarıbmış

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəranda uşağı maşın vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı A.Makarovanı vurub. Sürücü dərhal azyaşlını Lənkəran rayon xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. 

Xəstəxanadan bildirilib ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində piyadavurma hadisəsi səbəbi ilə 2022-ci il təvəllüdlü azyaşlı təcili yardım şöbəsinə hospitalizasiya olunub: “Ona travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nayihəsinin açıq yarası, hematoma diaqnozları təyin olunub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib”.

Qeyd edək ki, hadisədən əvvəl uşağın anası evdə olmayıb. Qonşu uşağı parkda gəzdirmək üçün anası ilə əlaqə saxlayıb razılıq aldıqdan sonra, onu evdən götürüb gəzintiyə aparıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
25
qafqazinfo.az

10Mənbələr