AZ

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, “Mercedes Vito” avtomobil ilə “Honda” markalı avtomobil toqquşub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən sorğuya cavab olaraq bildirilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən 9 nəfər (8 qadın, 1 kişi) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 6 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir”. /oxu.az/

Seçilən
14
5
nocomment.az

6Mənbələr