AZ

Gün ərzində tək qalmaq niyə vacibdir?

Psixoloji araşdırmalar göstərir ki, xarici stimulların azaldığı və beynin “boş rejimə” keçdiyi anlarda yaradıcılıq və problemləri həll etmə qabiliyyəti artır.

Hakimiyyet.az xəbər verir ki, mütəxəssislərin fikrincə, insanın qısa müddətlik tək qalması beyin fəaliyyətinə müsbət təsir göstərir və yeni ideyaların yaranmasını asanlaşdırır.

"University of California və American Psychological Association" tərəfindən təqdim edilən məlumatlara görə, qısa fasilələr və tək keçirilən zaman həm yeni fikirlərin yaranmasına, həm də daha düzgün qərarların verilməsinə kömək edir.

Araşdırmalarda xüsusilə qeyd olunur ki, səssiz və qısa müddətli tək qalmağa imkan verən mühitlər beynin bu rejimə keçməsini sürətləndirir. Məhz buna görə bir çox insan ən yaxşı ideyalarını məhz belə anlarda tapır.

Həmidə İbrahimova

Seçilən
30
2
hakimiyyet.az

3Mənbələr