AZ

Mövsümün sonunda "İnter"dən ayrılacaq

Françesko Açerbi 2025/26 mövsümünün sonunda "İnter"dən ayrılacaq.

Sportal.az xəbər verir ki, 38 yaşlı mərkəz müdafiəçisi yayda başa çatacaq müqaviləsini uzatmağı planlaşdırmır. Bu barədə yerli mətbuat məlumat yayıb.

Açerbi 2022-ci ilin yayında "İnter"ə qoşulub və bu müddət ərzində komandanın vacib üzvlərindən birinə çevrilib. İtaliyalı futbolçuMilan təmsilçisi ilə birlikdə A Seriyası çempionluğunu, İtalia kubokunu qazanıb, həmçinin iki dəfə Super Kubokun qalibi olub.

Təəcrübəli müdafiəçi cari mövsümdə bütün turnirlərdə 21 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb.

saytlarin hazirlanmasi

Seçilən
28
sportal.az

1Mənbələr