AZ

İkinci Liqa klubu 1000 manat cərimələndi

ain.az, sport24.az saytına istinadən bildirir.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda II Liqasının 19-cu turunda baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

"Araz Saatlı" – "Quba" oyunu "Araz Saatlı" komandasının formasında problem olması səbəbindən gec başladığına görəklub 150 manat cərimə edilib. "Quba" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.

Oyunun 85-ci dəqiqəsində "Quba" komandasının 9 nömrəli futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyunluq cəzalanıb, klubu 300 manat cərimə edilib. 

"Şirvan" – "Şəki Siti" oyununda "Şirvan" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 300 manat cərimə edilib. Oyunda qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.

"Kür-Araz" – "Qaradağ Lökbatan" oyununda "Kür-Araz" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" komandası 70 manat cərimə edilib. Matçın 77-ci dəqiqəsində "Kür-Araz" komandasının futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyunluq cəzalanıb, klubu 1000 manat cərimə edilib.

 "Ağdaş" – "Şəmkir" oyununun 73-cü dəqiqəsində "Şəmkir" komandasının futbolçusu İbrahim Camalov ikinci sarıdan  qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalanıb, klubu 50 manat cərimə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
sport24.az

10Mənbələr