AZ

Bakı Qazax yolunda ağır qəza: 9 nəfər yaralandı VİDEO

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Dünən saat 16:00-da Bakı–Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Mercedes Vito” avtomobil ilə “Honda” markalı avtomobil toqquşub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən bildirilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən 9 nəfər (8 qadın, 1 kişi) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 6 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
5
globalinfo.az

6Mənbələr