AZ

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Ukrayna Rusiyanın müharibəni dayandırmaq niyyətində olduğuna dair heç bir əlamət görmür.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Le Monde” qəzetinə müsahibəsində bildirib.
 

Onun sözlərinə görə, Kiyev Moskvanın müharibəni səmimi şəkildə bitirmək istədiyini müşahidə etmir və bu mövqeni tərəfdaşları ilə bölüşür.


Zelenski qeyd edib ki, ABŞ isə fərqli düşünür və hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin müharibəni başa çatdırmaq niyyətindədir:

“Fərqli baxışların olması normaldır, lakin müharibənin tezliklə bitirilməsi üçün Rusiyaya təzyiqin artırılması vacibdir. Moskva yalnız bu halda sülhə maraq göstərə bilər”.

Zelenski bir daha bildirib ki, Putin müharibəni bitirmək istəmir və Ukrayna beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqləri gücləndirməyə çağırır.

Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr