Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Rusiyanın Çelyabinsk vilayəti yerli məclisinin tanınmış deputatı Valeriy Filippovun müqavilə əsasında xüsusi hərbi əməliyyat bölgəsinə getdiyi açıqlandı.
"Cebheinfo.az" xəbər verir ki, vilayət məclisinin mətbuat xidməti Filippovun altı aylıq müqavilə imzaladığını bildirdi.
Rəsmilər Filippovun xidmət müddəti ərzində deputatlıq səlahiyyətlərini qoruyacağını qeyd etdilər.
Bu müddət ərzində onun rəsmi statusunda hər hansı bir dəyişiklik edilməyəcək.
1956-cı il təvəllüdlü Filippov Vahid Rusiya partiyasından seçilib və məclisdə qanunvericilik, dövlət quruculuğu və yerli idarəetmə komitəsində fəaliyyət göstərir. Siyasi karyerası ilə yanaşı, o, həm də iş dünyasında aktiv bir şəxs kimi tanınır.
Xatırladaq ki, "Forbes" 2019-cu ildə Filippovu Rusiyanın ən zəngin 100 siyasətçisi və dövlət rəsmisi siyahısına daxil etmişdi.
Həmin dövrdə onun illik gəliri 282 milyon 300 min rubl (təxminən 3 milyon 500 min dollar) olaraq açıqlanmışdı.
Filippov eyni zamanda "Zlak" taxıl kombinatı və "Uvelka" qida şirkətində rəhbər vəzifələr icra edirdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.