AZ

Ağdamda minaya düşən şəxsin son durumu açıqlanıb - YENİLƏNİB-2

Ağdam rayonunun Yusifcanlı kəndində minaya düşən şəxsin vəziyyəti orta ağırdır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir.

Sevil Seymur

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-da baş vermiş mina hadisəsində 1985-ci il təvəllüdlü kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda vurğulanıb.

Sevil Seymur

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayıb, kənd sakini xəsarət alıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə təxliyə edilib.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
40
5
far.az

10Mənbələr