AZ

Lənkəranda 4 yaşlı uşağı maşın vurdu

Lənkəranda avtomobil qonşu tərəfindən gəzintiyə çıxarılan 4 yaşlı uşağı vurub.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı A.Makarovanı vurub. Sürücü dərhal azyaşlını həmin avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb.
 
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, piyadavurma hadisəsi nəticəsində 2022-ci il təvəllüdlü azyaşlı hospitalizasiya olunub. Ona travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nahiyəsinin açıq yarası və hematoma diaqnozları qoyulub.
 
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
 
Qeyd edək ki, hadisə zamanı uşağın anası marketdə olub. Qonşu uşağı parkda gəzdirmək üçün anasından icazə alaraq evdən götürüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
29
25
moderator.az

10Mənbələr