AZ

ABŞ hərbi planlaşdırma ilə bağlı məlumatları məhdudlaşdıra bilər

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Konqresi və müttəfiqləri tezliklə Birləşmiş Ştatların hərbi planlarına çıxış üçün əsas məlumat kanalını itirəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Qeyd olunur ki, Pentaqon son onilliklər ərzində ilk dəfə xarici ölkələrdəki hərbi qüvvələrinin yerləşməsi barədə ənənəvi hesabatını ictimailəşdirmək niyyətində deyil. Lakin sözügedən sənəd həm tərəfdaş dövlətlər, həm də qanunvericilər üçün büdcə planlaşdırılması və hərbi strategiyanın müəyyənləşdirilməsi baxımından kritik önəm daşıyır.

Verilən xəbərlərə əsasən, Ağ Ev strateji sənədlərdə əsas diqqətin Qərb yarımkürəsinə cəmləndiyini düşünür. Bu səbəbdən də rəsmi hesabatlar əvəzinə qeyri-rəsmi müzakirələrə daha böyük önəm verilir.

ABŞ rəhbərliyinin bu cür yanaşması ABŞ-nin hərbi strategiyası barədə dəqiq informasiya əldə etmək istəyən Avropa dövlətlərində və NATO daxilində ciddi narahatlıq doğurub. Şimali Atlantika Alyansının təmsilçisi vurğulayıb ki, qlobal təhlükəsizliyin qorunması üçün ən vacib amillərdən biri məhz proqnozlaşdırıla bilmə imkanıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
oxu.az

1Mənbələr