AZ

Küveytdə dövlət rəsmilərinə sui qəsd planlaşdıran Hizbullah üzvləri saxlanılıblar

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Küveytin hüquq-mühafizə orqanları ölkənin dövlət rəsmilərinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən və "Hizbullah" qruplaşması ilə əlaqəsi olan silahlıları yaxalayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Güc strukturlarının yaydığı rəsmi məlumata əsasən, terror aktları həyata keçirməyi nəzərdə tutan dəstənin tərkibində beş Küveyt vətəndaşı və daha bir əcnəbi yer alıb.

Ümumilikdə terror şəbəkəsinin ölkə hüdudlarından kənarda olan əlavə 14 üzvü də müəyyənləşdirilib. Həmin şəxslər sırasına iki İran, iki Livan pasportu daşıyan şəxs və qısa müddət öncə Küveyt vətəndaşlığı ləğv edilmiş beş nəfər daxildir.

Həbs edilən şəxslər başqa ölkələrdə xüsusi hərbi hazırlıq kursları keçdiklərini etiraf ediblər. Bununla yanaşı, onlar kəşfiyyat xarakterli məlumatlar topladıqlarını və Küveyt dövlətinin təhlükəsizliyinə təhdid yaradan tapşırıqları icra etməyə hazırlaşdıqlarını da təsdiqləyiblər.

Hazırda iş üzrə şübhəli bilinən bütün şəxslər aidiyyəti üzrə Baş Prokurorluğun sərəncamına verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
oxu.az

1Mənbələr