AZ

“Vaşinqtondan Budapeştə nəhəng bir “ballistik öpüş“ Aleksandr Nevzorov

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Orban kimi axmağa simpatiya yaradan "preparatın" adı məlum deyil..."

Donald Tramp məyus etmədi. Onun narıncı saç örtüyünün altında hələ də "möcüzəli proseslər" davam edir.

Moderator.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov "gordonua.com" nəşrində yazıb.

Müəllif yazır: "Trampın favoritləri sırasına atılmağa Fridrix Mers, Karol Navrotski və digər "gözəllər" hazır idi, amma Donaldın çaşmış ürəyi seçimini Viktor Orban üzərində saxladı.

ABŞ prezidentinə bu "bir az küt" Viktorun - Kremlə sədaqətli yaltaq və siyasi baxımdan az qala "bitmiş fiqur"un niyə xoş gəldiyi elmə məlum deyil. Tramp, məlum olduğu kimi, ciddi və ardıcıl şəkildə irrasionaldır. Onun ən çox meyl etdiyi absurd və sklerozdur. Və bu sahədə o, təkrarsızdır.

Beləliklə, açıq "sevgi etirafı" baş tutdu. Vaşinqtondan Budapeştə nəhəng bir "ballistik öpüş" göndərildi. Donald növbəti çıxışında bəyan etdi ki, Viktor "böyük və möhtəşəmdir".

Orban kimi birinə simpatiya yaradan "preparatın" adı məlum deyil. Amma görünür ki, bu "preparatın" sınağı uğurla keçib. Aydındır ki, bu, güc baxımından LSD (insanın şüuruna və qavrayışına təsir edən halüsinogen maddə - red.) və "mələk tozu"ndan da təsirli bir şeydir.

Bəli, axmaqlıq, əlbəttə, baş naziri "bəzəyir" və ona gülməyə imkan verir. Xalqlar hakimiyyətin səhvlərini saymağı, onların düşüncəsizliyindən  dəhşətə gəlməyi, ümumiyyətlə isə öz tənbəllik və axmaqlıqlarını "liderlərin" üzərinə atmağı sevir.

Bu mənada Orban, əlbəttə, ideal fiqurdur. O, etaloncasına axmaqdır, qalmaqallıdır və ölkə üçün məhz o "yanlış yolu" seçməyi bacarır. Amma bu gün - Putinin irinilə dolu uçurumunun kənarında bu cür "əyləncələr" üçün ən yaxşı zaman deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
moderator.az

2Mənbələr