Ağdam rayonunun Yusifcanlı kəndində minaya düşən şəxsin vəziyyəti orta ağırdır.
Metbuat.az xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir.