AZ

Xaçmazda AĞIR QƏZA: yaşlı qadın belə xilas olundu VİDEO

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “Haval” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Haval” markalı minik avtomobilində sərnişin sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı qalan sərnişin, 74 yaşlı N.Əliyeva xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
18
lent.az

10Mənbələr