AZ

Paşinyan Ermənistan ordusunu meydana çıxarır

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“28 may tarixində İrəvanın Respublika meydanında Ermənistanın son illərdə əldə etdiyi hərbi texnika təqdim ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Qərar artıq qəbul olunub. Respublika Günündə İrəvanda keçiriləcək tədbir hərbi paraddan çox, vətəndaşlara hesabat xarakteri daşıyacaq. Biz beynəlxalq tərəfdaşlarla əlaqələrimizi davam etdiririk. Hərbi parad həssas mövzudur və yanlış başa düşülərsə, sülh gündəliyindən imtina kimi qiymətləndirilə bilər. Buna görə də region ölkələri və beynəlxalq tərəfdaşlarla birlikdə tədbirin belə bir fikir yaratmamasına çalışırıq”, – Paşinyan qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr