AZ

Ankara İraqdakı əsgərlərini təxliyə edib - RƏSMİ

Ankara  NATO tərkibində İraqın paytaxtı Bağdadda xidmət edən Türk əsgərlərini təxliyə edib.

Ölkə.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri və sözçüsü kontr-admiral Zeki Aktürk deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri beynəlxalq missiyalar və ikitərəfli münasibətlər çərçivəsində geniş coğrafi ərazidə sülhün bərqərar olmasına və sabitliyin qorunmasına töhfə verməyə davam edir.

NATO səlahiyyətlilərinin bölgədəki son hadisələri nəzərə alaraq "NATO İraq Missiyası"nı geri çəkmək qərarına gəldiyini vurğulayan Ataterk deyib ki, bu qərara uyğun olaraq, Bağdadda xidmət edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin ölkəmizə təxliyəsi uğurla başa çatıb. “NATO tərəfindən həyata keçirilən geri çəkilmə planının bir hissəsi olaraq, ölkəmiz müttəfiq ölkə şəxsi heyətinin təxliyə fəaliyyətlərinə də dəstək verib", - o qeyd edib.

Mürtəza

Seçilən
54
3
olke.az

4Mənbələr