AZ

Sülh, yoxsa fəlakət? – Trampdan Tehrana son xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp İranla bağlı diplomatik gərginliyi pik həddə çatdıran kəskin bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Ağ Ev rəhbəri rəsmi Tehranın danışıqlardakı davranışını “qəribə” və “qeyri-adi” adlandıraraq, İran tərəfinin əslində çıxılmaz vəziyyətdə olduğunu vurğulayıb. Tramp qeyd edib ki, hərbi baxımdan tamamilə darmadağın edilən və bərpa üçün heç bir şansı qalmayan İran rəsmiləri pərdəarxasında faktiki olaraq saziş üçün “yalvarırlar”.

ABŞ lideri İran tərəfinin ictimaiyyətə verdiyi açıqlamaları kəskin şəkildə təkzib edib. Tramp bildirib: “Onlar publikaya sadəcə bizim təkliflərimizi ‘öyrəndiklərini’ deyirlər. Bu, YALANDIR! Onlar bizdən razılaşma xahiş edirlər, çünki başqa yolları yoxdur”.

Prezident xəbərdarlıq edib ki, Tehran vaxt itirmədən real addımlar atmalıdır, əks halda hadisələrin gedişatı geri dönməz xarakter alacaq: “Çox gec olmadan işə başlasalar, yaxşı olar. Çünki vaxt bitdikdə artıq GERİ YOL OLMAYACAQ və bu, onlar üçün çox acınacaqlı mənzərə ilə nəticələnəcək!”

Sara,
NOCOMMENT.az

Seçilən
36
nocomment.az

1Mənbələr