AZ

Lənkəranda 4 yaşlı uşağı maşın vurdu

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Lənkəranda avtomobil 4 yaşlı uşağı vurub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Nərimanabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı A.M.-nı vurub. Sürücü dərhal azyaşlını avtomobillə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb.

Ağır vəziyyətdə olan uşağa ilkin tibbi xidmətlər göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində piyadavurma hadisəsi səbəbi ilə 2022-ci il təvəllüdlü azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nayihəsinin açıq yarası, hematoma diaqnozları təyin olunub.

Azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə baş verən vaxt uşağın anası marketə gedib. Qonşu uşağı parkda gəzdirmək üçün anası ilə əlaqə saxlayıb. Ananın razılığından sonra o, uşağı evdən götürüb gəzintiyə aparıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
25
lent.az

10Mənbələr