AZ

Sevda Sanalıyeva: “Həcilərin adını pisə çıxarırsınız”

Müğənni, rəqqasə Sevda Sanalıyeva canlı yayım zamanı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

 

Pravda.az xəbər verir ki, işsiz olduğunu deyən müğənni heç bir sponsora ehtiyac duymadığını bildirib.

 

Müğənni işləməsə də, kiməsə ehtiyacının olmadığını qeyd edib: "İşləməsəm belə, heç kimə ehtiyacım yoxdur. Tək qadınlığımla heç kimə ehtiyacım olmadan balalarımı da böyüdürəm. Bu həyatda heç bir şeyə ehtiyacımız yoxdur. "Həci", "sponsor" sözü nə sözdür? Axı ayıbdır. Yaxından tanımadığınız insanlar haqqında heç vaxt belə danışmayın. Həcilərin də adını pisə çıxarırsınız, bütün müğənnilərin də".

 

Baxımsız əllərini izləyicilərinə göstərən Sevda Salayeva "Həci axtaran belə olur? Bütün gün evimdə qab yuyuram, yemək bişirirəm..." deyib.

 

Tomris

Tarix: 26 Mart 2026, 15:41   
Seçilən
47
pravda.az

1Mənbələr