AZ

Putin bu sahədən milyonlar qazanır – ŞOK HESABAT

Ukraynadakı müharibənin təsiri ilə qlobal enerji bazarında baş verən dəyişikliklər Rusiyanın gəlirlərinə ciddi təsir göstərir. 

“Yeni Sabah” “The Telegraph”-a istinadən xəbər verir ki, artan neft qiymətləri fonunda Rusiya Prezidenti Vladimir Putin gündəlik ən azı 760 milyon dollar gəlir əldə edir.

Kiyev İqtisadiyyat Məktəbi tərəfindən yayımlanan hesabata görə, qiymətlərin yüksəlməsi və ABŞ sanksiyalarının qismən yumşaldılması nəticəsində Kremlin neft və qaz gəlirləri bu ay əhəmiyyətli dərəcədə artıb. Belə ki, əvvəl 12 milyard dollar olan aylıq gəlirin təxminən iki dəfə artaraq 24 milyard dollara çatacağı gözlənilir.

Həmçinin qeyd olunub ki, müharibə qısa müddətdə başa çatsa belə, Rusiyanın enerji ixracından əldə etdiyi ümumi gəlir bu il 218,5 milyard dollara çata bilər. Bu göstərici müharibədən əvvəlki proqnozlarla müqayisədə 63 faiz daha yüksəkdir.

Seçilən
34
2
editor.az

3Mənbələr