AZ

ABŞ vətəndaşlarını İraqı dərhal tərk etməyə ÇAĞIRDI

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İraqda İran tərəfindən dəstəklənən silahlı qruplaşmalar ölkədə ABŞ vətəndaşlarına və ABŞ-la əlaqəli hədəflərə qarşı hücumlar həyata keçirir.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Bağdaddakı səfirliyi məlumat verib.

Səfirlik ABŞ vətəndaşlarına İraqı dərhal tərk etməyi, həmçinin İraq hava məkanında raket və pilotsuz uçuş aparatları ilə bağlı davam edən risklər səbəbindən Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan uzaq durmağı tövsiyə edir.

Hücumlar bu həftə ərzində iranyönümlü Xalq Səfərbərlik Qüvvələrinin (PMF) döyüşçülərinin ölümünə səbəb olan bir sıra ölümcül hava zərbələrindən sonra baş verib. İranpərəst silahlı qruplaşmaların koalisiyası olan və İraq ordusunun tərkibinə daxil edilən PMF bu zərbələrə görə ABŞ-ı günahlandırır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
2
redaktor.az

2Mənbələr