AZ

Yüksək Liqa: Bu gün XIX turun oyunları keçiriləcək

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XIX turun oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Murov AZ Terminal" ilə "Gənclər" üz-üzə gələcək.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq görüş saat 15:00-da start götürəcək.

Günün digər iki görüşü isə Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq. Əvvəlcə "Azərreyl" "Ordu" ilə, daha sonra "Xilasedici" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. 

Qeyd edək ki, müntəzəm mövsümün sonuncu - XX turu martın 30-da keçiriləcək.

Yüksək Liqa (Kişilər)

XIX tur

26 mart

15:00. "Gənclər" – "Murov Az Terminal"

Abşeron Olimpiya İdman Kompleksi.

16:00. "Azərreyl" – "Ordu"

Fövqəladə Hallar Nazirliyinin idman zalı.

18:00. "Xilasedici" – "Neftçi"

Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
fanat.az

2Mənbələr