AZ

Yapon səyyah: Fikirlərimi öz veb-saytımda paylaşacağam

Ağdam, 26 mart, AZƏRTAC

Buradakı vəziyyəti anlamaq asan deyil, çünki burada həm dağıdılmış köhnə binalar, həm də yeni tikililər var. Mən gördüklərimdən öyrənməyə çalışıram, bu mənim üçün bir təcrübədir.

Bu sözləri Ağdam şəhərində AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində yapon səyyah Azusa Matsumoto deyib.

O bildirib ki, bu şəhər və ümumilikdə Qarabağ haqqında daha geniş məlumat yaymaq niyyətindədir: “Həm əvvəlki vəziyyət, həm də hazırkı dəyişikliklər barədə fikirlərimi şəxsi veb-saytımda paylaşacağam. İslam və müsəlman mədəniyyətinə böyük hörmətim var. Azərbaycan mədəniyyətini də çox bəyənirəm. Buraya gəlib məscidi görmək mənə çox təsir etdi. Bura mənim üçün çox müqəddəs və önəmli bir yerdir”.

Müxbir – Tahir Ağaməmmədov

Seçilən
32
4
azertag.az

5Mənbələr