Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xızı rayonu Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Coğrafi və təbii xüsusiyyətlərinə görə fərqli olan Xızı rayonu əsasən dağlıq və dağətəyi zonanı əhatə edir. Bu isə Xızının iqlimi ilə yanaşı əhalinin məşğuliyyət sahələrindən də təsirsiz ötüşmür.
Mürəkkəb relyefə malik olan rayonda alçaq dağlar, təpəliklər və geniş yaylalar çoxluq təşkil edir. Xızı rayonu daha çox qırmızı dağları ilə məşhurdur. Dağlar rayonun təbii simvoluna çevrilib. Maraqlısı budur ki, günün müxtəlif saatlarında dağların rəngi dəyişir. Bu da rayona xüsusi gözəllik verir.
Xızıda yay quraq və isti, qış isə mülayim-soyuq keçir. Rayonun fauna və florası zəngin deyil, burada xüsusilə Altıağac meşələri diqqət çəkir. Bu gün Xızı rayonu Altıağac meşələrinə görə, ölkə əhalisinin və xarici turistlərin diqqətini çəkir.
Rayonda Altıağac, Giləzi, Tıxlı, Baxışlı, Kərpicli kəndlərində həyat daha aktivdir. Xızı əhalisi əsasən qoyunçuluq, maldarlıq və taxılçılıqla məşğul olur. Xızı rayonu, həm də tarixi bir rayondur. Rayon ərazisində qədim yaşayış məskənlərinin izləri, pirlər, qəbiristanlıqlar və inanc yerləri var.
Yarımca kəndi, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info
Qeyd edək ki, şair Mikayıl Müşfiqin ev muzeyi də Xızı rayonunda yerləşir.
Mikayil Müşfiq büstü, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info
Xızı rayonunun əsrarəngiz mənzərəsini aşağıdakı videoda izləyə bilərsiniz:
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.