AZ

Rektorlar bunları cavablandırsın – Etibar Əliyevdən ifşa edən suallar

Azedu.az ali təhsil müəssisələrinə rəhbərlik edən 13 rektorun hansı universiteti bitirməsi barədə məlumat yayıb.

NOC′OMMENT.az xəbər verir ki, Milli Məclisin sabiq deputatı, təhsil üzrə ekspert Etibar Əliyev hesab edir ki, mövzunu daha məzmunlu etmək üçün əlavə suallar da gündəmə gətirilməli idi.

Ekspert bildirir ki, rektorların sadəcə hansı ali məktəbi bitirməsi tam təsəvvür yaratmır. Onun fikrincə, cəmiyyət üçün daha vacib olan suallar hələ cavabsızdır:

Hansı rektorun şəxsi kitabxanası daha zəngindir?

Rektorlar jurnalistləri şəxsi kitabxanaları ilə tanış edə bilərlərmi?

Kimlər mütəmadi olaraq kitab mağazalarına gedir

Onlar sonuncu oxuduqları kitabın adını açıqlaya bilərlərmi?

Rektorlar öz ixtisasları üzrə bir neçə mühazirəni internetdə tələbələr üçün əlçatan edə bilərlərmi?

Universitet kitabxanasında tələbələrin hansı kitabları oxuduğu ilə maraqlanan rektor varmı?

Kitabxananı zənginləşdirmək baxımından hansı rektor öndədir?

Kitab nəşri və elmi işlərin çapına vəsait ayıran rəhbərlər kimlərdir?

Rektorların elmi-pedaqoji fəaliyyətlə məşğulluq səviyyəsi nə dərəcədədir?

Etibar Əliyev vurğulayıb ki, universitet rektorları ilk növbədə bilikli olmalıdırlar:

“Mənim düşüncəmə görə, kollektivdə nüfuz qazanmağın yeganə yolu məhz bilik və intellektual üstünlükdür.”

Ekspert hesab edir ki, bu sualların cavablandırılması həm ali təhsil sistemində şəffaflığa, həm də cəmiyyətin rektorlar haqqında daha real təsəvvür formalaşdırmasına xidmət edəcək.

 

Seçilən
13
nocomment.az

1Mənbələr