AZ

Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlərə başladı

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq “Sarsılmaz Qardaşlıq-2026” kompüter dəstəkli komanda-qərargah  hərbi təliminə start verilib.

Ölkə.Az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri və sözçüsü kontr-admiral Zeki Aktürk deyib. Onun sözlərinə görə, Sarıqamışda keçirilən Türkiyə-Azərbaycan "Sarsılmaz Qardaşlıq-2026" Kompüter Dəstəkli Komanda Məntəqəsi Təlimi aprelin 1-də başa çatacaq.

Aktürk onu da əlavə edib ki, 2-22 aprel tarixləri arasında Türkiyə və Azərbaycan arasında Heydər Əliyev adına Birgə Canlı Atəş Tabor Əməliyyat Qüvvələrinin Qarsda təlimi keçiriləcək. 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
olke.az

2Mənbələr