AZ

Paşinyandan separatçılara: “Qarabağdan döyüşmədən qaçdınız”

Qarabağda sonadək döyüş aparıldığı barədə iddialar həqiqəti əks etdirmir.

Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan martın 26-da jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Qarabağda baş verən hadisələrdən sonra (antiterror əməliyyatı – red.) Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib və döyüşlərin nəticələri təhlil olunub. Paşinyan vurğulayıb ki, “sona qədər döyüşdülər” kimi iddialar, yumşaq desək, reallığa uyğun deyil.

Baş nazir əlavə edib ki, kəşfiyyat məlumatlarına əsasən, silahların böyük hissəsinə – təxminən 80-90 faizinə ümumiyyətlə toxunulmayıb. O, sonadək döyüşlə bağlı deyilənləri mif adlandırıb:

“Lazım gələrsə, bu məlumatları məxfilikdən çıxaracağıq. Düzgün zamanda hamısını açıqlamaq qərarı verəcəyəm. Bu, yalandır – belə bir şey olmayıb, qaçıblar, dağılışıblar”.

Paşinyanın sözlərinə görə, 44 günlük müharibə zamanı da oxşar ssenari olub – müəyyən qüvvələr planlı şəkildə geri çəkilərək bunu Ermənistan hakimiyyətinə qarşı “xəyanət” kimi təqdim etməyə və hakimiyyət dəyişikliyinə zəmin yaratmağa çalışıblar.

O qeyd edib ki, rəsmi İrəvan siyasi prosesin baş verməsi üçün şərait yaratmışdı, lakin Qarabağdakı qeyri-qanuni rejimin bəzi rəhbər şəxsləri buna mane olmaqla yanaşı, hakimiyyət dəyişikliyi həyata keçiriblər. Hətta bu addımlar Ermənistan parlamentində təbriklərlə qarşılanıb.

“Bir həftə sonra isə məlum hadisələr baş verdi. Qarabağda etdiklərini sonradan Ermənistanda təkrarlamaq istəyirdilər. Bu şəxslər – onların bir hissəsi hazırda Ermənistanda siyasi qüvvələri təmsil edir – sözün əsl mənasında Qarabağdan qaçdılar. Sonra isə bizi ittiham etdilər ki, guya sərhədi bağlamışıq və insanları buraxmırıq. Mən Qarabağ nümayəndələrini əvvəlcədən xəbərdar etmişdim ki, əgər çıxarlarsa, geri qayıda bilməyəcəklər”, – deyə Paşinyan vurğulayıb.

Seçilən
4
1
olke.az

2Mənbələr