AZ

Paşinyan: Mayın 28 də son illər əldə edilən hərbi texnika İrəvanda nümayiş olunacaq

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Mayın 28-də Ermənistanın son illərdə əldə etdiyi hərbi texnika İrəvanın Respublika meydanında nümayiş olunacaq.

“Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra brifinqdə bildirib.

“Qərar qətidir. 28 may - Respublika Günündə İrəvandakı Respublika meydanında hərbi paraddan daha çox Ermənistan vətəndaşlarına hesabat veriləcək. Demək istəyirəm ki, biz bu məsələ üzərində işləyirik və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq edirik. Hərbi parad ümumiyyətlə çox incə bir məsələdir və bu, sülh gündəliyindən geri çəkilmə, ondan imtina təəssüratı yarada bilər. Biz beynəlxalq birlikdəki tərəfdaşlarımızla, o cümlədən region ölkələri ilə birlikdə çalışırıq və işləməyə davam edəcəyik ki, onların bunu heç bir şəkildə sülh gündəliyindən imtina kimi qəbul etməmələrini təmin edək”, - Baş nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
5
apa.az

6Mənbələr