AZ

Azərbaycanda bu bazar bağlandı, sakinlər narazıdır

Qazax rayonunda “Mal bazarı” kimi tanınan heyvan bazarı bir müddətdir fəaliyyətini dayandırıb.

Ölkə.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a müraciət edən sakinlər bildiriblər ki, bazar təmir adı ilə bağlanıb, lakin təmir işləri başa çatmasına baxmayaraq hələ də istifadəyə verilmir.

Şikayətçilərin sözlərinə görə, oxşar vəziyyət Tovuz rayonunda da yaşanır:

“Tovuzda fəaliyyət göstərən mal bazarı da bağlanıb. İnsanlar saxladıqları mal-qara, qoyun-quzunu satmaq üçün ya Gəncəyə, ya da Bərdəyə getməli olurlar. Bir baş heyvanın həmin bazarlara daşınması üçün 40-50 manat xərc tələb olunur. Bu da əhalinin sosial vəziyyətini daha da ağırlaşdırır. Qazax camaatı çıxılmaz vəziyyətdədir”.

Sakinlər həmçinin bildirirlər ki, hazırda alqı-satqı üçün sosial platformalardan istifadə etməyə məcbur qalıblar. Lakin onların fikrincə, bu üsul effektiv deyil:

“Bu, geyim deyil ki, şəkilə baxıb alasan. Mal-qaradır, insan öz gözləri ilə görməli, heyvanın vəziyyətini, dişlərini, arıq-kök olduğunu yoxlamalıdır”.

Seçilən
7
2
olke.az

3Mənbələr