AZ

“Harry Potter”in serialından ilk görüntü!

Olay.az saytına istinadən ain.az xəbər verir.

“Harry Potter” haqqında yeni serialdan ilk kadr yayımlanıb.

OLAY yazır ki, “Harry Potter” haqqında yeni serialdan ilk kadr yayımlanıb.

Şəkildə Harri Qriffindor fakültəsinin özünəməxsus rənglərində olan plaşda təsvir olunub. Kult franşizanın yenidən çəkilişində baş qəhrəmanı 12 yaşlı Dominik MaKlaflin canlandırır. Şəklin açıqlamasında şirkət artıq 25 mart tarixində serial haqqında ilk açıqlamaları verəcəyinin vəd edib.

Xatırladaq ki, “Harry Potter” haqqında hekayənin yenidən çəkiləcəyi 2022-ci ildə məlum olub. Hazırda ilk mövsümün çəkilişləri qızğın şəkildə davam edir və süjet “Harry Potter and the Philosopher's Stone” kitabına əsaslanır. Ssenaristlərin planına görə, serial J. K. Roulingin kitablarının sayına uyğun olaraq yeddi mövsümdən ibarət olacaq. Birinci mövsümün 2027-ci ilin əvvəlində yayımlanacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
olay.az

1Mənbələr